Tərtərdə ailəli oğlan başqa qızı qaçırdı-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtərdə ailəli oğlan başqa qızı qaçırıb.

 

Tərtərdə ailəli oğlan başqa qızı qaçırıb.

Xezerxeber.az-ın məlumatına görə, Tərtər rayonunun Azadqaraqoyunlu kənd sakini, 22 yaşlı Şahnaz Heydərli 3 il əvvəl həmkəndlisi olan sevdiyi oğlanla-Vahid Qasımlı ilə ailə qurub. Hazırda cütlüyün 2 yaşlı bir qız övladı var. İkinci uşağa hamilə olan qadının bir neçə aydan sonra körpəsi dünyaya gələcək. Bir neçə gün əvvəl aldığı bir xəbər isə onu şoka salıb. Çünki həyat yoldaşı Vahid Qasımlı başqa bir qızı evlənmək məqsədilə qaçırıb.

Şahnaz deyir ki, son vaxtlar atası ağır xəstəlikdən əziyyət çəkdiyindən tez-tez ona baş çəkməli olub. Bu isə qayınanasının narazılığına səbəb olub. Söz-söhbət böyüyüb və cütlük arasında narazılıq yaranıb.

Gənc gəlinin dediyinə görə, həyat yoldaşının başqaları ilə telefonda yazışdıgını da bilib, amma bunu qabartmayıb.

Həyat yoldaşının onunla nikahda ola-ola başqasını qaçırması aralarındakı münasibətlərin tamamilə qopmasına səbəb olub. İndi Şahnaz boşanmaq istəyir.

Sayt qarşı tərəfin mövqeyini də öyrənmək istəyib, amma Vahid Qasımlını kənddə tapmaq mümkün olmayıb. Kənd sakinləri bildiriblər ki, o, Bakıya köçüb. Vahidin mobil telefonuna da zəng çatmayıb.