Tərtərdə “15 sentyabr Bilik-günü” qeyd olundu-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 15-də Tərtər rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə təntənəli mərasimlər keçirildi.


 

Sentyabrın 15-də Tərtər rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə təntənəli mərasimlər keçirildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri və Qarabağ müharibəsi veteranları ilə birlikdə ümumtəhsil məktəblərində oldu.

TİA.AZ xəbər verir ki,rayon rəhbəri “Bilik günü” münasibəti ilə rayonumuzun təhsil işçilərini və şagirdləri təbrik edərək, onlara təhsildə uğurlar dilədi. Bildirdi ki, respublika Prezidenti cənab İlham Əliyev tərəfindən milli təhsilimizə yüksək səviyyədə diqqət və qayğı göstərilir. Dövlət tərəfindən, Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər , uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir. Təhsilə göstərilən qayğı gələcəyimizə göstərilən qayğıdır. Məhz bu qayğı nəticəsində təhsildə uğurlu nəticələr əldə olunur.

Qeyd olundu ki, rayon üzrə bu il ali təhsil ocaqlarına sənəd verən 332 nəfərdən 215 nəfəri ali, 65 nəfəri orta ixtisas məktəblərinə, 6 nəfəri isə C.Naxçıvaniski adına hərbi liseyə daxil olmuşdur. Onlardan 10 nəfəri 600-dən yuxarı, 19 nəfəri 500-dən yuxarı bal toplamışdır. 600-dən yuxarı bal toplayan 10 nəfərin 3 nəfəri şəhər 1 saylı, 2 nəfəri şəhər 5 saylı, 1 nəfəri 6 saylı, 1 nəfəri 2 saylı, 1 nəfəri Cəmilli, 1 nəfər Köçərli, 1 nəfəri isə Sarov kənd tam orta məktəbinin məzunlarıdır. Ali məktəblərə qəbul zamanı şəhər 1 saylı (44 nəfər), şəhər 2 saylı (10 nəfər), Azad Qaraqoyunlu (11 nəfər), Sarov (10 nəfər) kənd tam orta məktəbləri fərqlənmişlər.

Bu il isə 1025 nəfər birinci sinfə qəbul edilmiş, 630 nəfər isə XI sinifdə təhsil alacaq. İnanırıq ki, bu il təhsildə qazanacağımız uğurlar ötən ildəkindən yüksək olacaq.

Sonra çalınan zəng uşaqları sinif otaqlarına səslədi. Əllərində gül-çiçək dəstələri tutmuş şagirdlər siniflərə daxil oldular.

“Bilik günü” müəllim və şagirdlər üçün yaddaqalan oldu.