Əsaslı təmirdən sonra yeni istifadəyə verilmiş Tərtər rayon Mədəniyyət Mərkəzində ötən gün Azərbaycan Respublikasının Əməkdar artistləri Gülüstan Əliyeva və Teyyub Aslanın iştirakı ilə “Ey Vətən” adlı konsert oldu.

Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Tərtərdə gedən sosial-iqtisadi inkişafdan danışdı, incəsənət ustalarına öz təşəkkürünü bildirdi, sonra tədbir iştirakçılarını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik etdi.
Sonra söz musiqiyə verildi. Maraqlı konsert proqramı ilə çıxış edən müğənnilərin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.