Tərtər məktəblərində “Son zəng” çalındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Tərtərdə 34 tam, 10 ümumi orta məktəbində “Son zəng” çalındı. Bu il rayon üzrə 604 nəfər şagird XI sinfi, 799 nəfər şagird isə IX sinifi bitirir. 

Bu gün Tərtərdə 34 tam, 10 ümumi orta məktəbində “Son zəng” çalındı. Bu il rayon üzrə 604 nəfər şagird XI sinfi, 799 nəfər şagird isə IX sinifi bitirir.

Məktəblərdə təşkil olunan “Son zəng” tədbirlərinə rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri də qatıldırlar. Bütün umumtəhsil məktəblərində tədbir dövlət bayrağının gətirilməsi, Dövlət himninin səsləndirilməsi ilə başlandı.

Sonra məktəblilərin hazırladıqları rəngarəng musiqi nömrələri, müəllimlərin, məzunların çıxışları bir-birini əvəz etdi.

Şəhər 1, 2, 5 və 6 saylı tam orta məktəblərinin məzunlarının “Son zəng”ində iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov onları təbrik edərək, gənclərə tövsiyələr verdi.


 

Müstəqil Azərbaycanımızın gələcəyinin sabahımız olan gənclərimizdən asılı olduğunu vurğuladı. Məzunlara dövlətimizə və dövlətçiliyimizə sədaqətli olmağı, həyat yollarında inamla addımlamağı tövsiyyə etdi. İlbəil təhsil sahəsinə artan dövlət qayğısı, bu sahədə atılan yenilikçi addımlar, qabaqcıl dünya təcrübəsindən bəhrələnməklə çağdaş təlim metodlarının tətbiqinin bu gün təhsilimizin inkişafına əlverişli zəmin yaratdığını bildirdi. Rayon rəhbəri millətin gələcəyi olan təhsilin tərəqqisinə cənab Prezidentin xüsusi diqqət və qayğı göstərdiyini vurğuladı. Sonda məzunlara hansı peşəyə yiyələnməsindən asılı olmayaraq öz bilik və bacarıqları ilə möhtərəm Prezidentimizin rəhbərliyi ilə günbəgün tərəqqi edən Azərbaycanın inkişafına töhfələr verməyi, dövlətimiz üçün layiqli vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzuladı.

Çalınan “Son zəng” məzunları sinif otaqlarına deyil, müstəqil həyata səslədi və tədbir iştirakçılarına xoş anlar yaşatdı.