Rusiyanın Sankt-Peterburq şəhərində metroda partlayış törətməkdə şübhəli bilindiyinə görə fotoları yayılan şəxs danışıb.
Rusiyanın Sankt-Peterburq şəhərində metroda partlayış törətməkdə şübhəli bilindiyinə görə fotoları yayılan şəxs danışıb.
TİA.AZ xəbər verir ki, hadisə baş verdikdən sonra Rusiya KİV-ləri şübhəli qismində qara uzun paltolu və saqqalı şəxsin fotosunu yayıb. Qısa müddət sonra həmin şəxs polis idarəsinə gedərək hadisəni törətmədiyini və heç bir günahı olmadığı deyib. Onun ifadəsindən sonra metro stansiyasındakı kameralara bir daha baxılıb və əsl şübhəlinin kimliyi müəyyən edilib. Artıq həmin şəxsin 23 yaşlı, əslən Qırğızıstandan olan Əkbərcan Cəlilov olduğu məlum olub və Cəlilovun fotoları yayılıb.
Qeyd edək ki, Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi terrorçunun kimliyini təsdiqləyib.