Qarabağdan qaçaraq, Ermənistanda məskunlaşmış separatçılar özlərinə başçı seçə bilmirlər.
Tribunainfo.az xəbər verir ki, dünən bir araya gələn terrorçular müzakirə aparsalar da, kimi özlərinə “rəhbər” seçəcəklərinə qərar verə bilməyiblər.
Qeyd edək ki, buna səbəb heç kimin həmin dəstəyə başçılıq etmək istəməməsidir. Hazırda “başçı” olan Samvel Şahramanyan da nə edəcəyini bilmir. O, da “namizədliyini” irəli sürməkdə tərəddüd edir.
Separatçı Metaxe Akopyan isə deyib ki, guya, hələ “seçkilər” başlamayıb və 7 gün sonra bir araya gələcəklər. Hərçənd Akopyan iki gün əvvəl mayın 26-da yekun qərar verəcəklərini dilə gətirmişdi.
Fərda Uğur