“BMT “beynəlxalq terrorizm nədir?” sualına hələ də cavab tapmayıb”.
“BMT “beynəlxalq terrorizm nədir?” sualına hələ də cavab tapmayıb”.
TİA.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
O qeyd edib ki, geopolitik maraqlar ön plana keçəndə terrorizmə qarşı mübarizə üsulları məhdudlaşır: “İran kimi təhlükəsizliyi xüsusi diqqət yetirən dövlətdə baş verən son hadisələr göstərdi ki, heç bir dövlət terrordan sığortalanmayıb”.
Deputat qeyd edib ki, beynəlxalq birlik geosiyasi maraqları kənara qoyub terrorizmə qarşı mübarizə aparmalıdır: “Fransada dünya liderləri əl-ələ tutub terrora etiraz edirsə, lakin dünyanın digər ölkələrində analoji hadisə baş vermirsə, terrora qarşı mübarizə üsulları məhdudlaşır”.
İlahə