Xəbər verdiyimiz kimi, Moskvada “Crocus City Hall” ticarət mərkəzində silahlı insident baş verib. İlkin məlumata görə, nəticədə 40 nəfər həlak olub, daha 130 nəfər isə yaralanıb.
Tribunainfo.az-ın Rusiya mediasına istinadən məlumatına görə, insidentin ardınca binada güclü yanğın qeydə alınıb.
TASS yanğının hazırda binanın üçdə bir hissəsini əhatə etdiyini yazıb.
***
“Crocus City Hall”da baş vermiş yanğın lokallaşdırılıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.