Mehdi Hüseyn adlı istehlakçı TİA.AZ-a TERMET SERVİS mərkəzindən şikayət ünvanlayıb. İstehlakçının sözlərinə görə, yuxarıda adı hallanan servisdə çalışanlar dələduzluq edir:” Kombiniz xarab olduqda, nəbadə bu servisdən usta çağırasınız. Ordan gələnlərin əksəriyyəti dələduzdur. Kohnə ehtiyyat hissələrini yeni adi ilə müştərilərə sırayıb, külli miqdarda pul alirlar . Bir neçə gündən sonra isə kombi yenə də işləmir . Servisə müraçiət edəndə mən bu halla rastlaşdım və 95 manat pul ödədim. Kombi yenə xarab oldu. Mən servisə zəng edəndə bildirdilər ki, onların belə bir əməkdaşı yoxdur. Deməli, bu servis əmək müqaviləsi olmadan belə dələduzları işçi adı ilə evlərə yollayır və vergidən də yayınır. Bu ağır çinayətdir . Ümid edək ki dovlət orqanlari bir ölcü götürəcək.”
NÜŞABƏ