Tərlə mübarizə üçün 8 ƏN ASAN YOL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çətin ki, tər qoxusu kiməsə xoş gələ. Tər iyi ətrafdakıları insandan uzaqlaşdırır, sinirləri tarıma çəkir.  

Çətin ki, tər qoxusu kiməsə xoş gələ. Tər iyi ətrafdakıları insandan uzaqlaşdırır, sinirləri tarıma çəkir. 

Bu problemlə mübarizə aparmaq üçün mağazaya gedib, zövqə görə dezodorant seçib, almaq kifayətdir. Lakin istehsalçıların bizə təklif etdikləri bu vasitələrin tərkibiindəki kimyəvi maddələr sağlamlığımıza və büdcəmizə zərər verir. Həmçinin antiperspirant dezodorantlar allergiyaya yol aça, döş xərçəngi xəstəliyinə gətirib çıxarda bilər.

Publika.az hər bir evdə tapılan təbii vasitələrdən istifadə edərək, tərə qarşı effektli vasitələr hazırlamağın üsullarnı təqdim edir.

Kristal – dezodorant

Bu vasitənin əsas tərkib hissəsi aluminiumdur. Məhz bu maddə dəri məsamələrindən çıxan tər damcılarının qarşısını alır. Onun başlıca özəlliyi güclü dezinfeksiya və kimyəvi maddələrin yoxluğudur.

Ətirli salfet və kremlər

Bu vasitələr çox vaxt tər qoxusunu aradan götürsə də, tərləmənin qarşısını ala bilmir. Krem və salfetlər həssas dəri üçün əla seçimdir.

Limon şirəsi

Qoltuqları limon dilimi ilə silmək tər qoxusu yaradan bakteriyaları məhv edir. Bu halda dezodorant istifadə etməmək də olar. Lakin, yenicə depilyasiya və digər vasitələrlə tükləri təmizləmisinzisə, bu üsul dərinizi qıcıqlandıra bilər.

Bədən üçün nəmləndirici vasitələr

Nəmləndirici vasitələr nəinki qoltuq nahiyyəsində, eləcə də bütün dəridə mayenin ifrazatının qarşısını alır. Uzun müddət dərinin quruluğunu təmin edir.

Sirkə

Limon kimi sirkə də tərlə mübarizə aparır. Pambığı sirkəyə batırıb, qoltuqları silmək tərləmədən xilas olmaq üçün əla üsuldur.

Efir yağı

Efir yağları və ya onların digər maddələrlə vəhdəti xoşagəlməz qoxularla mübarizə aparır. Qreypfrut, naringi və itburnu yağını qarışdırıb, ehmalca dəriyə sürtün. Bu yağlar dəridə heç bir iz qoymadığı üçün narahat olmağa dəyməz.

Soda

Soda tərlə çox gözəl mübarizə aparan təbii vasitədir. O dərini yandırmır və zədələmir. 1 çay qaşığı sodanı bir miqdar su ilə qarışdırıb, məcun hazırlayın. Bu vasitəni qoltuğunuza sürtün. Uzun müddət tərləmətyəcəksiniz.

Bundan əlavə evdə öz dezodorantınızı da, hazırlaya bilərsiniz.

Bunun üçün sizə lazım olacaq: 60 ml soda, 60 ml qarğıdalı unu (nişastası), bir neçə damcı zövqə görə efir yağı və suyu qarışdırıb, diyircəkli təmiz dezodorant qabına tökün. Mükəmməl tərə qarşı vasitədən zövqlə istifadə edin.