“Keşlə”nın yeni baş məşqçisi müəyyənləşib.
Modern.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu vəzifəyə Tərlan Əhmədov təyin edilib. Onunla 2018/2019 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, “Keşlə” uğursuz nəticələr səbəbi ilə baş məşqçi Mladen Milinkoviçi dünən istefaya göndərib.