Tərkibində uzunömürlük vitamini olan bitki açıqlandı

Tərkibində uzunömürlük vitamini olan bitki açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yaşlanma ilə bağlı xəstəlikləri azaldan və uzun ömürə səvbəb olan bitkini qidanıza əlavə etsəniz, sanki bütün vitaminləri almış kimisiz.
Tribunainfo.az xəbər verir ki, həkim Andrey Bobrovski xren-qıtıqotunun faydasından danışıb.
“Xrenin (qıtıqotu) tərkibində C, B qrup vitaminləri, maqniy, kalsiy var. Çox vaxt bu bitkini “uzunömürlük vitamini” adlandırırlar.
Xren tərkibinə görə yaşlanma xəstəliklərinin profilaktikasında əvəzsizdir.
Xrenin faydaları nədir:
– C vitamini immun sistemin işini aktivləşdirir
– Antioksidant təsiri ilə iltihab əleyhinə təsir edir
– Həzmi stimullaşdırır, öd şirəsini aktivləşdirir
– Virusları zərərsizləşdirir
Xrenin təzəsi, qurusu, üyüdülmüşü, tozu pasta, sous və dəmləmələrə, salatlara əlavə edilə bilər.
Sutkalıq dozası 1 çay qaşığıdır. Çox yemək olmaz.
Qastrit, astma, böyrək xəstəliklərində olmaz”.