Tereza Mey: “Brexit”ə dair yekun razılaşma 95 faiz hazırdır”

Tereza Mey: “Brexit”ə dair yekun razılaşma 95 faiz hazırdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Böyük Britaniya ilə Avropa İttifaqı (Aİ) arasında “Brexit” barədərazılaşmanın 95 faizi artıq hazırdır, yalnız İrlandiya – Böyük Britaniya sərhədinədair məsələ həll olunmamış qalır”.

Bunu bu gün Böyük Britaniya parlamentindəkiçıxışı zamanı Baş nazir Tereza Mey deyib.

“Brexit” və ona aid qayda sənədlərinədair razılaşmanın 95 faizi hazırdır”, o vurğulayıb.

Başnazirin sözlərinə görə, Şimali İrlandiyanı (Olster) Aİ müştərək bazarı vəgömrük ittifaqı çərçivəsində saxlamaq mexanizmi razılaşdırılmadan “Brexit” sazişiimzalana bilməz.

T.Mey xatırladıb ki, Şimali İrlandiyanın bütovlüklə BöyükBritaniyadan ayrı olaraq gömrük ittifaqı çərçivəsində qalmasını nəzərdə tutanAİ-nin təklifini qəbul etməyəcəklər.

Ümumiyyətlə, “Brexit” məsələsinə dair tərəflər arasında danışıqlar 19 iyun 2017-ci il tarixindəBrüsseldə başlayıb. Böyük Britaniyanın Avropa İttifaqından çıxması 29mart 2019-cu ildə rəsmiləşdiriləndən sonra 31 dekabr 2020-ci ilədək davam edəcəkkeçid dövrü başlayacaq. Bu müddət ərzində Böyük Britaniya tərəfi üzvlük haqqınıköçürməlidir.