Ermənistanın birinci prezident Levon Ter-Petrosyan son iki gündə dalbadal tibb mərkəzinə getməyə məcbur olub.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzetinin məlumatında bildirilib.
Məlumata görə, Levon Ter-Petrosyan dünən və bu gün İrəvandakı “Best Life” klinikasında müayinə olunub. Onun sağlamlığında problemlər olduğu bildirilir.
Onu da qeyd edək ki, Levon Ter-Petrosyan ürəyindən əməliyyat olunub.
Ter-Petrosyanın 79 yaşı var.