Ter-Petrosyan 1991-ci ildə ABŞ-dan nə alıb? – Zurabyan 33 illik SİRRİ AÇDI

Ter-Petrosyan 1991-ci ildə ABŞ-dan nə alıb? – Zurabyan 33 illik SİRRİ AÇDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hələ 2021-ci il iyulun 9-da Avropa İttifaqı (Aİ) növbəti beş il ərzində Ermənistana 2,6 milyard avro (3,1 milyard dollar) yardım göstərməyə hazır olduğunu bəyan etmişdi, lakin bu, olmadı”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistan Milli Konqresi partiyasının sədr müavini, keçmiş deputat Levon Zurabyan açıqlayıb.

L.Zurabyan Aİ və ABŞ-ın bu dəfə Ermənistan üçün açıqladığı yardım məbləğinin 10 dəfə azaldıldığını bildirib:

“Həmin qərardan üç il sonra, yəni bu il aprelin 5-də Brüsseldə Aİ, ABŞ və Ermənistan rəsmiləri arasında keçirilən görüşdə məlum oldu ki, bu dəfə 270 milyon avro və 65 milyon dollar olmaqla, ümumilikdə 360 milyon dollar civarında yardım göstəriləcək. Yəni Qərb əvvəl verdiyi vədləri yerinə yetirməməklə yanaşı, budəfəki yardımın miqdarını 10 dəfə azaldıb. Paşinyan və onun komandası 1991-ci ildə Ermənistanın yanlış yolu seçdiyini əsas göstərib və Qərbin buna görə az yardım etdiyini deyiblər. Bu, doğru deyil”.

Erməni siyasətçi hələ 33 il əvvəl Ermənistanın ABŞ-dan dəfələrlə yüksək miqdarda yardım aldığını deyib:

“Məsələ ondadır ki, Ermənistan 90-cı illərdə, birinci prezident Levon Ter-Petrosyanın hakimiyyəti dövründə Amerika Birləşmiş Ştatlarından dəfələrlə yardım alıb. Bu yardımın miqdarı 1993-cü ildə – 110 milyon, 1994-cü ildə – 191 milyon, 1995-ci ildə – 217 milyon, 1996-cı ildə – 292 milyon, 1997-ci ildə – 166 milyon dollar təşkil edib. Bütün bu məbləğ İrəvanın Avropa İttifaqının TACIS proqramı çərçivəsində aldığı miqdarı üstələyir. Yəni Brüsseldə elan edilən vədlər gerçəkləşsə belə, 90-cı illərdə edilən yardımdan dəfələrlə az olacaq. Həmin illərin pul dəyəri ilə hesablasaq, bu, ümumilikdə 180 milyon dollar edir. Nəzərə alaq ki, o vaxtkı ABŞ dolların gücü bugünkündən ikiqat dəyərli idi. Bəs əgər Ermənistan səhv yol seçmişdisə, niyə indikindən daha çox yardım alıb? İndi düşünün, Brüssel görüşü bizim üçün həqiqətən uğurludur? Başa düşürəm, Qərb əlindən gələni edir, bizə kömək göstərməyə çalışır. Biz də bunu düzgün qiymətləndirməliyik. Bütün günah “yalançı qərbyönümlü” olan Paşinyan və komandasındadır”.