Türkiyənin məşhur və sevilən rok ifaçısı Teoman yeni yazdığı mahnısını “sağ cahanın məşhur şairi” kimi təqdim etdiyi Nəcib Fazil Kısakürəyə həsr etdiyini açıqlayıb.
Tribunainfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu addımından sonra Teomansevənlər iki yerə ayrılıb. Teoman mahnısını 29 sentyabrda təqdim edəcəyini bildirib. Teoman bildirib ki, artıq onun hisslərini solçu şair Nazim Hikmət deyil, sağçı Nəcib Fazil Kısakürək daha yaxşı tərənnüm edir.
Teomanın pərəstişkarları isə bundan məyus olublar. Dinləyicilərin bir qismi bildirib ki, N.F.Kısakürəyə mahnı həsr etmək Teomanın bütün yaradıcılığına və imicinə tam ziddir. Bəzi sevənləri isə bildirib ki, əsl sənətçi belə olmalı, cəmiyyətin hər qütbündən olan insanlara xitab etməyi bacarmalıdır.
İzləyicilər Teomanın yeni mahnısını səbirlisliklə gözlədiyini biuldirib.