Qəbələ Rayon İcra Hakimiyyəti “ATF” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, müqavilədə Qəbələ şəhər Heydər Əliyev prospektində yolun əsaslı təmir işlərinin satına alınması nəzərdə tutulur. Satınalma proseduru açıq tender üsulu ilə həyata keçirilib. Yolun əsaslı təmirinə görə şirkətə 945 753,01 manat ödəniləcək.
“ATF” MMC mediada “tender kralı” kimi təqdim edilib. Şirkət 23 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Çayarxı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Muradov Təbriz Əzim oğludur.
“ATF” MMC Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarına məxsusdur. Şirkətin adı onların baş adlarının baş hərflərinin birləşməsidir.
Qəbələ Rayon İcra Hakimiyyəti ötən il Heydər Əliyev prospektində yolun əsaslı təmir işlərinin satın alınması ilə bağlı “ATF” MMC ilə 465 446,28 manatlıq, 2023-cü ildə əbələ şəhərinin küçə və dalanlarına asfalt örtüyünün çəkilməsi işlərinin satın alınması ilə bağlı isə 698 650,45 manatlıq satınalma müqaviləsi bağlayıb.
Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, Qəbələdə yol təmiri və abadlıq işləri ilə bağlı keçirilən tenderlərin qalibi əsasən “ATF” MMC olur.