Sosial şəbəkələrdə yayılmış “Temu” proqramındakı oyun sayəsində pulsuz hədiyyə verildiyi iddia edilir.
Tribunainfo.az xəbər verir ki, bütün dünyada yayılmış bu oyun bir çoxlarının marağına səbəb olsa da çox sayda sosial şəbəkə istifadəçilərinin də şikayətinə səbəb olub.
Belə ki, oyun təxminən 180 günə tamamlanacaq və hədiyyənizi alacaqsınız. Əvvəlcə o qədər sürətlə hərəkət edir ki, nə qədər sadə olduğunu düşünürsən. Bir neçə gün ərzində 99 faizə çatırsınız, sonra isə sadəcə 1 faizə çatmaq üçün aylarla mübarizə aparırsınız.
Bu sistem istifadəçiləri çaşdıran, onların vaxtını və zəhmətini sərf edən bir sistemə əsaslanır. Əgər bu həqiqətən ədalətli bir oyun olsaydı, əvvəldən vəd edilən məhsulları əldə etmək mümkün olardı.
Lakin “Temu” istifadəçiləri öz platformasına insanları cəlb etmək üçün bu cür aldadıcı taktikalara əl atır.
Gülər İmanova