Ekspert Kamran Əsədovun “Temu”dan məşq üçün sifariş verdiyi məhsulların əvəzinə ona oyuncaq göndəriblər.
Tribunainfo.az xəbər verir ki, ekspert bu barədə şəxsi Feysbuk səhifəsində məlumat paylaşıb. Onun bu paylaşımı gülüşlə qarşılanıb:
“Xarici onlayn satış səhifəsindən (“Temu”) həyətdə məşq etmək üçün futbol qapısı, tor və top sifariş etmişdim. Hətta qonşudan 2 sot torpaq almağa razılaşmışdım ki, qapını qurub uşaqlarla futbol oynayım. Sifariş gəldi… Amma qapı oyuncaq boyda çıxdı!
Deyəsən, bu onlayn satış səhifəsi AFFA-ya gizli mesaj göndərmək istəyir: “FIFA-ya müraciət edin, bizim millinin oyunlarında qapının ölçüsü bu olsun, bəlkə qələbə qazanmaq olar!”.
Ekspert statusa gələn şərhlərdə sifarişi “Temu”dan vurduğunu qeyd edib.
Nigar İxtiyarqızı