Azərbaycanda “Temu”dan sifariş verilən məhsul ilə evə gələn məhsul arasındakı fərq müştərini şok edib.
Sözügedən hadisə sosial şəbəkələrdə yayılıb.
Belə ki, müştəri açar dəsti sifariş verdiyi halda ona açar qabı formasında su qabı gəlib.
Qeyd edək ki, bu kimi hadisələr “Temu” alış-veriş saytında bir neçə dəfə təkrarlanıb. Bu cür hadisələr “Temu”nun müştəri xidmətləri ilə bağlı narazılıqları artırır./Milli.Az