Temperatur 7 dərəcə enir, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Temperatur 7 dərəcə enir, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sabahdan havalar soyumağa başlayır.
 TİA.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumatda bildirilir ki, yanvarın 25-i axşam şimal və qərb rayonlarından başlayaraq yanvarın 28-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə enəcək.
Dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.