Təmizlikdə keyfiyyət axtaranlar üçün bir ad var – MONTELEONE (R)

Təmizlikdə keyfiyyət axtaranlar üçün bir ad var – MONTELEONE (R)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər ölkədə quru təmizləmə xidmətlərinə maraq artmaqdadır. İnsanlar yalnız ləkəsiz paltar deyil, həm də parçanın toxumasını, formasını və təmiz qoxusunu qoruyan xidmət axtarır. Məhz bu tələbat fonunda MONTELEONE markası fərqli yanaşması ilə seçilir.

Tribunainfo.az xəbər verir ki, Premium səviyyəli xidmətləri daha münasib şərtlərlə təqdim edən MONTELEONE həm quru təmizləmə, həm yerində təmizləmə, həm də tikiş və bərpa xidmətləri təklif edir.

Şirkətin əsas məqsədi müştərilərə təkcə təmizlik yox, etibarlı qulluq mədəniyyəti təqdim etməkdir.

İtaliyada keyfiyyət sertifikatı alan MONTELEONE təmizləmə prosesində istifadə etdiyi ən mühüm texnologiyalardan biri “Green Earth Cleaning” metodudur. Ekoloji cəhətdən təmiz və çevrə dostu olan bu üsulda silikon əsaslı həlledicidən istifadə edilir. Nəticədə parçalarda qoxu qalmır, həm də geyimin quruluşu və aksessuarları zədələnmir. Bu yanaşma həm davamlı ekoloji məsuliyyət, həm də müştəri məmnuniyyəti baxımından üstün hesab olunur.

Şirkət müştərilər üçün Gold və Premium kart sistemləri tətbiq edir. Bu kartlar vasitəsilə bütün xidmətlərdə müvafiq olaraq 10% və 20% endirim, həmçinin bonus imtiyazları əldə etmək mümkündür.

Bu ildən etibarən MONTELEONE ofis və biznes peşəkarları üçün də xüsusi abunə xidməti təqdim edir. Həftəlik və aylıq təmiz köynək və kostyum xidmətləri 40%-dək endirimlə təklif olunur. Əlavə rahatlıq üçün quru təmizləmə əşyalarının çatdırılması və geri qaytarılması da şirkətin nümayəndələri tərəfindən həyata keçirilir.

Ünvanı təqdim edirik:

Baki, Üzeyir Həcibəyov küç. 69B

+994 50 444 78 88
+994 12 598 78 88