Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Tribunainfo.az-ın məlumatına görə, dövlət başçısının Sərəncamı ilə təltif edilən DSX hərbçiləri arasında 7 qadın var.
Onlardan polkovnik Şərifova Maya Kərəm qızı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Polkovnik Muradova Pərvanə Şamil qızı və mayor Abbasova Xəyalə Kamil qızı isə “Vətən uğrunda” medalı ilə mükafatlandırılıblar.
Bundan başqa, 4 qadın hərbçi “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib:
Məmmədova Günay Xaliq qızı – mayor;
Dadaşova Gültac Vahid qızı – kapitan;
Fərhadova Yeganə Ziyad qızı – kapitan;
Əsgərova Sevda Rasif qızı – baş gizir.