Telman İsmayılov Putinə məktub yazmayıb

Telman İsmayılov Putinə məktub yazmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Rusiyada yaşayan azərbaycanlı iş adamı Telman İsmayılovun Rusiya prezidenti Vladimir Putinə məktub yazdığı iddia olunub.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, yayılan iddiaları biznesmenin vəkili Marina Rusakova təkzib edib.

O bildirib ki, İsmayılov Rusiya prezidentinə məktub yazmayıb: “Telman İsmayılov Vladimir Putinə heç bir məktub yazmayıb. Bu, onun siyasi sığınacaq istəməsi ilə bağlı yayılan informasiyalar kimi növbəti uydurmadır”.

Qeyd edək ki, “Rosbalt” saytı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən İsmayılovun Putinə 12 vərəqli məktub yazdığını bildirib.