Teleşirkətin vitse-prezidenti Facebook statusuna görə qovuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın CBS telekanalının strateji tranzaksiyalar üzrə vitse-prezidenti Heyli Geftman-Qold işdən çıxarılıb.

 

ABŞ-ın CBS telekanalının strateji tranzaksiyalar üzrə vitse-prezidenti Heyli Geftman-Qold işdən çıxarılıb.

Milli.Az CNN-ə istinadən bildirir ki, səbəb onun Facebook profilində Las-Veqasdakı gülləbaranın qurbanlar barədəki paylaşımıdır.

Vitse-prezidentin qənaətinə görə, qurbanlar, çox yəqin ki, Respublika Partiyası və prezident Donald Trampın tərəfdarları olduqları üçün heyfislənməyə dəyməz. 2012-ci ildə “Sendi Huk” orta məktəbindəki gülləbarandan sonra respublikaçılar Konqresdə silah satışı və saxlanması haqqında qanunun şərtlərinin sərtləşdirilməsinə qarşı çıxmışdılar.

“Əgər onlar uşaqların ölümündən sonra heç nə etməyiblərsə, respublikaçıların bundan sonra doğru istiqamətdə nə isə edəcəklərinə şübhələnirəm. Ölənlərlə bağlı heyfislənmirəm, çünki kantri musiqisinin fanatları bir qayda olaraq silaha malik respublikaçılardır”, – CBS-in vite-prezidenti yazıb.

CBS bu statusdan sonra Heyli Geftman-Qoldu işindən kənarlaşdırıb.

“Geftman-Qold artıq bizdə işləmir. O, şirkətimizin standartlarını pozub və bu səbəbdən onu kənralaşdırdıq. Onun sosial şəbəkədə paylaşdığı mövqe CBS-də hər kəs üçün qəbuledilməzdir”, – CBS-in açıqlamasında deyilir.

Bazar axşamı, oktyabrın 1-də Las-Veqas sakini, 64 yaşlı Stiven Peddok “Mandalay Bay” otelinin 32-ci mərtəbəsinin pəncərəsindən avtomatik silahla musiqi festivalına yığışmış insanlara atəş açıb. ABŞ tarixindəki ən qanlı gülləbaranda 59 nəfər həlak olub, 527 nəfər yaralanıb.