Teleqram yaradıcısı Pavel Durov Azərbaycanda kimlərlə görüşüb ?backend

Teleqram yaradıcısı Pavel Durov Azərbaycanda kimlərlə görüşüb ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1 milyard istifadəçiyə və 20 milyard sərvətə sahib olan bir sosial media rəhbərinin Bakıda olması və Azərbaycan xüsusi xidmətinin diqqətindən kənar olması müzakirə predmeti ola bilməz. Sübutlarım olmasa da tam əminəm ki, Pavel Durov Bakıda DTX (Kibertəhlükəsizlik Mərkəzi), DİN (Kibertəhlükəsizlik Baş İdarəsi) və ola bilsin ki XRİTDX (CERT) rəhbərləri ilə görüşüb.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz çıxış edib. O bildirib ki, Telegram global sosial media resursu messencer və informasiya mənbəyi olaraq Azərbaycanda da yetərincə istifadə olunan bir şəbəkədir, dövlət sektorunda da populyardır. Həmçinin anti Azərbaycan qüvvələrin də faydalandığı resursların biri elə Telegramdır:

“Təsadüfi deyil ki, Pavel həbs olunandan sonra onun Azərbaycanda olmasını şərh edən erməni kanallarının Pavelin Azərbaycanla əməkdaşlığndan ehtiyalandıqları görsənirdi. Bu baxımdan adı çəkilən qurumların rəhbərlərinin daşıdıqları vəzifə baxımından belə bir şəxslə görüşməyə can atmaması, görüşməməsi məndə təəccüb və təəssüf yaradardı.
Düşünürəm ki, belə bir görüşdə Azərbaycanın və Azərbaycanla müttəfiq olan ölkələrin Pavel Durovla, Telegram-la əməkdaşlıq məsələləri müzakirə predmeti ola bilərdi.
Belə baxanda, Pavel Durovun Bakıda olması və Prezident İlham Əliyevlə görüşünün olmaması da mənim üçün düşündürücüdür. Üzərində bir milyard insanın “oturduğu”, Rusiyada və qonşu ölkələrdə əsas informasiya mənbəyi rolunu oynayan, qlobalda həm də anti Azərbaycan “silahı” olaraq istifadə olunan bir resursun sahibinin, ümüumiyyətlə dünya düzəninə təsir edə biləcək birsinin Azərbaycanda olması və siyasi elitanın diqqətindən kənarda qalması ağlasığmazdır.
Belə bir statusda şəxsin Azərbaycana gəlişinin ölkənin birinci şəxsindən xəbərsiz olması, qeyri-rəsmi formada olsa da görüşlərə səy göstərilməməsi inandırıcı deyil. Fikrimcə belə bir görüş Azərbaycanın maraqlarına cavab verən bir addım olardı. Bəlkə də Makronu və digərlərini hiddətləndirən elə bu olub. Mənə elə gəlir ki, o yalnız Putinlə görüş üçün gəlməmişdi”.

O.Gündüz bildirib ki, yalnız bir sirli məqam var: Nə üçün həbs olunacağını bilərək Pavel Durov Fransaya uçub?:

“Bizim Telegram istifadəçilərimiz soruşurlar ki, bundan sonra Telegram-dan istifadə necə olacaq ? Əslində Telegram-ın digər sosial resurslara nisbətən daha təhlükəsiz olması görüntüsü olsa da, gizlilik, şəffaflıq və hesabatlılıqla bağlı onda da yetərincə problemlər vardı.
Düşünürəm ki, əvvəlki qaydada bu sosial resursdan da şəxsi və ictimai maraqlar, Azərbaycanın maraqları üçün faydalanmaq doğru olardı. Sadəcə, fərqində olmaq lazımdır ki, Telegram da təhlükəsiz deyil. Xüsusilə də bundan sonra”.

Nigar