Azərbaycan telekanalları İrəvanda olan hava şəraiti haqda hər gün məlumat yayır. Tribunainfo.az yazır ki, indiyə qədər belə bir tendensiya olmayıb. Telekanallar yalnız işğal edilmiş bölgələrimizdən məlumat yayardılar. İndisə İrəvanda havanın necə olması haqda xəbər yayımlanır. Bunu iki cür izah etmək olar: Ermənistanla sülhün aktual olduğu bir vaxtda qədim Azərbaycan şəhəri ilə bağlı hava məlumatını verməklə təbliğatı gücləndirmək, ikincisi, Qərbi azərbaycanlıların qayıdış planı üzrə informasiya siyasətinin tərkib hissəsi… Hər halda ötən əsrin əvvəllərində İrəvanda azərbaycanlılar böyük üstünlük təşkil edib. Bu şəhərimizdə məscid, abidələr, tarixi irsimiz var.