Azərbaycan futbolu ağır bir avrokubok həftəsini arxada qoydu.
Qitə arenasındakı 4 təmsilçimizdən yalnız “Qəbələ” mübarizəni dayandırdı.
“Qarabağ” tarixində ilk dəfə Çempionlar Liqasını 2-ci təsnifat mərhələsində tərk edərək Avroliqaya yuvarlandı.
“Sabah” Avropada debütünü hər 2 oyunu qazanmaqla qeyd etdi. “Neftçi” isə yeni rəhbərlik və yeni baş məşqçi ilə “Jelezniçar”ı yolundan kənarlaşdırdı…
Sportinfo. TV-nin redaktoru İlkin Fikrətoğlu növbəti süjetində klublarımızın avrokubok sınağından danışıb.