backend

TƏLƏBƏNİN OXUMAQ, ÖYRƏNMƏK HƏVƏSİ ÖLÜR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dərsliklərdə olan problemlər son zamanlar çox  tez-tez  ictimai müzakirəyə  çıxarılır.  

Dərsliklərdə olan problemlər son zamanlar çox  tez-tez  ictimai müzakirəyə  çıxarılır. 


 Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra, dərslik siyasəti ciddi  şəkildə yenidən  işlənməyə  başladı. Lakin  yenə də  bu  sahədə çatışmamazlıqlar  vardır.   

Təhsil eksperti   Kamran  Əsədov  TİA.AZ-a bildirdi ki, dərslik  problemini  iki  hissəyə  bölmək olar: “Birinci  orta  məktəb  üçün yazılmış  dərsliklər, ikincisi, orta  ixtisas və  ali təhsil müəssisələri üçün olan dərsliklər. Son  illərdə  orta  məktəblərdə  istifadə  olunan  dərsliklərdə  texniki, qrammatik,  yaş  xüsusiyyətləri, psixoloji  baxımdan , dil və üslub cəhətdən ciddi  problemlər var.  Bir  müddət  əvvəl  bu tipli  problemlər  aradan  qaldırılmışdı, lakin dərsliklər kurikulumun  tələblərinə  uyğun olaraq  yenidən  yazılmağa  başlayandan  sonra  dərsliklərdə  ciddi  şəkildə  qüsurlar  yarandı. Hazırda  ibtidai  sinif  dərslikləri  daha  çox  qüsurlarla  doludur.  Burda  dilimizə  yad  olan sözlərdən tutmuş, şagirdin  yaş  həddinə  uyğun  olmayan  tapşırıqlara  qədər  çox qüsurlar var. Təkcə dərsliklərimizdə qüsurlar xarici sözlərin salınması deyil, həm də məhəllə xarakterli, dialekt, əxlaq normalarına uyğun olmayan ifadələr də dərsliklərə  daxil edilir. Bu  hala  daha çox Azərbaycan dili dərsliklərində rast gəlinir. Rus dili dərsliklərində  və  test  nümunələrində  azərbaycan  sözlərinin  işlənməsi  hallarını  da müşahidə edirik” . Ali  məktəblərdə  istifadə olunan dərsliklərin acınacaqlı vəziyyətindən danışan  ekspert  son  illər  ərzində  ölkə rəhbərliyinin  təhsilin, orta  və  ali məktəblərin inkişafına  xüsusi diqqət  ayırdığını bildirdi:  ” Bu gün ali məktəblərdə tələbələrin əsas problemi dərsliklərdir. Tələbələr dərsliklərlə  bağlı  hər il çətinlik çəkir. Xüsusən də,  sərbəst işləri yazmağın və  imtahanların  vaxtında.  Hələ dərslik problemi azmış kimi, müəllimlər də sovet dövründən qalma,  kiril  əlifbasıyla  yazılmış  kitabları məsləhət görürlər.  Hansı ki, onlar da müasir  dövrlə  heç uyğunlaşmır. Bütün  bunlar  tələbənin oxumağa, öyrənməyə olan həvəsini öldürür. Ali  məktəblərdə  yaşanan  dərslik  probleminin  iki günahkarı var, birincisi universitetdirsə, ikincisi elə tələbənin özüdür.  Reallıq odur ki, müəllimlər mühazirədən sonra ədəbiyyat siyahısı kimi dərsliklərin adını yazdırırlar. Amma tələbələr mühazirələrlə  kifayətlənirlər. Səbəb isə həmin dərsliklərin çox  çətin tapılması, və ya  tapılmaması,  ya da ki, olan materialların  rus dilində olmasıdır. Rus dilində olan dərsliklərin  tərcüməsində problem olduğundan  yetərli  məlumatı  əldə  edə  bilmirlər. Əlavə məlumat əldə etmək də bu dəqiqə müşkül məsələyə çevrilib. Texnologiyadan  xəbərsiz  keçmişin  kitabları  da tələbənin  istəyinə  tərs  mütənasibdir.  Latın  qrafikasıyla  yazılmış  dərsliklər  isə  əksəriyyəti tərcümələrdir.  Həmin tərcümələrdə  qrammatik  səhvlərlə  yanaşı  məna  səhvləri də olur. Təəssüf  ki, bu gün ali  məktəblərdə  dərsliklərin  vəziyyəti ürəkağrıdıcıdır. Bundan  başqa  hazırda  istifadədə  olan  kitablar  köhnəldiyindən  istifadəyə  yararsız  hala  düşüb.  Köhnə dərsliklərdəki  materiallar  indiki  dövrə  uyğun gəlmir. Ən  ciddi  dərslik  problemi  tibb  ixtisasları  üzrədir.  Tibb  elmi  hər  saat yenilənir, xəstəliklərin  müalicə  üsulları  yeniləşir . Amma Azərbaycan tələbəsi  hələ  sovetdən  qalma  kitablardan  istifadə  edir. Hətta  buna  baxmayaraq,  bəzi kafedralar  məcburi  kitab  aldırırlar. Başqa  bir  reallıqda  var ki,  yeni  yazılan  bəzi dərsliklər  sırf  kommersiya  məqsədli  yazılır. Tələbələr  də bu  kitabları  almaq  məcburiyyətində  qalırlar. Həmin dərsliklərin  içərisində  olan materiallar  ya tələbəyə  lazım  olmur,  ya  da  çox  pis  şəkildə yazılmış olur. Amma  lazımsız  mövzular  daha  çox  üstünlük  təşkil  edir. Hətta müəllimlər özləri  belə  bu kitabların  bizə  lazım  olmadığını  deyirlər. Əgər  lazım deyilsə, tələbə  niyə bu kitabı  almalıdır?  Hər dərs  ili  başlayanda  tələbələr  minimum  150  manat  kitablara  xərcləməli  olur. Bu  da heç  bir  tələbəyə  sərf  etmir. Əslində Boloniya  sisteminə  qoşulmuş  ölkələrdə  dərslik  problemi olmamalıdır. Ancaq  bizdə  bu  məsələnin  problemli  olması  hamıya  aydındır.  Hesab  edirəm ki,  bu problem qısa  müddətdə  həll  edilər və  ali məktəblərdə  təhsilin inkişafına  və  yüksək  səviyyədə  kadr  hazırlığının  həyata  keçirilməsinə  müsbət  təsir  etmiş olar”.

Fizika müəlimi Hüseyn Quluyev də TİA.AZ-a fizika dərsliklərindəki qüsurları misal çəkərkən bildirdi ki,  orta məktəbdə fizikanın normal tədrisi üçün birinci  növbədə müəllim hərtərəfli bacarıqlara malik olmalı , mükəmməl bilik , metodik usdalıq , informasiya kommunikasiya texnologiyalarından  və əyani vasitələrdən istifadə etmək bacarığı omalıdır.  İkinci isə mükəmməl dərslik olmalıdır: “Dərslikdə heç  bir elmi və qrammatik səhvlərə  yol verilməməlidir. Əyani vasitələr olmalı və ondan yaradıcı şəkildə istifadə edən müəllim lazımdır. Bu fənnin tədrisində  əyani vasitələr olmasa mümkün deyil. Təcrübələri İK-də müşahidə etmək əyani yerinə yetirmək olmur. Təəsüf  ki, müəllimlərimizin çox hissəsi  bu bacarıqlara  malik  deyil. Dərsliklərdə qüsurlara  yol verilir.  Məsələn, 7-ci sinfin dərsliyində bərabərtəcili hərəkətlərdən danışır, amma təcil, sürət,  yerdəyişmənin  tapılmasından  məlumat verilmir, cismən ətalət  üzrə  getdiyi  yolu  tormoz  yolu  ilə  qarışdırılır. Dərsliklərdə  müasir elmi texniki yeniliklərə  yer  verilmir.  Məsələn elektrik enerjisinə aid mövzularda  alternativ  enerji  qurğuları  haqqında  məlumat, yarəmçkeçiricilərin müasir texnikada tətbiqinə aid məlumatlar çox azdır. Elektromaqnit dalğaları tədris edilərkən müasir rabitə vasitələri  haqqında  məlumat  yoxdur.  Rəngli televizor, plazama televizor, internet quğuları , əl telefonları, günəş batareyası,  atom və nüvə fizikası öyrənilərkən, radio aktiv maddələrdən istifadə haqqında məlumatlar yoxdur  ya  da çox azdır. Arzu edirəm ki, bu qüsurlar nəzərə alinsın”.

NİLUFƏR