Tələbələrin nəzərinə: universitetlər köçürülür – Ekspert izah verdi

Tələbələrin nəzərinə: universitetlər köçürülür – Ekspert izah verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Bakı şəhərinin Baş Planı təqdim olundü. Təhsil eksperti Kamran Əsədov Bakının 2040-cı ilədək inkişafına dair Baş Planında təhsilə məqamları diqqətə çatdırıb.

Tribunainfo.az xəbər verir ki, ekspertin sözlərinə görə, plana əsasən paytaxtda nəqliyyat sıxlığını azaltmaq məqsədi ilə mərkəzdən kənarlarda “Universitet şəhərciyi” – Yeni bilik-biznes rayonu yaradılacaq.
Qala qəsəbəsində və Xocasən gölü ətrafında dövlət və özəl ali təhsil müəssisələri üçün ümumi bilik mərkəzi yaradılacaq.
Zirə qəsəbəsində kənd təsərrüfatı və aqrar-sənaye müəssisələrinin işçi qüvvəsi ilə təmin edilməsi üçün peşə təhsili mərkəzi yaradılacaq.
Mədəni və sənaye irsi əyləncəli-təhsil Parkı yaradılacaq.

K.Əsədov bildirib ki, hazırda Bakı şəhərində ciddi şəkildə təhsilalanların sayı çoxdur. O bildirib ki, bütün uni versitet, kollec və peşə məktəbləri bakıda cəmlənməməlidir:
“Hazırda Bakı şəhərində 39 ali təhsil müəssisəsi yerləşir və bu universitetlərdə 133.526 tələbə təhsil alır.
Bakı şəhərində yerləşən 326 orta məktəbdə 487 min şagird təhsil alır.
Təhsilin digər pillələrində, kollec və peşə təhsili müəssisələrində 35 mindən çox tələbə təhsil alır.
Uşaq bağçalarında təlim-tərbiyə prosesinə 50 min uşaq cəlb olunub.
Pedaqoji heyətin sayı 50 mindən çoxdur (28 min orta məktəbdə , 26 min universitet və kolleclərdə).
Əlbəttə ki, bu qədər insanın gün ərzində hərəkəti ictimai nəqliyyatda sıxlığı artıracaq. Ümumiyyətlə, mərkəzi ərazilərdə Peşə təhsili müəssisələri və Kolleclər olmamalıdır. Və ya niyə Bakı şəhərində təhsilin bütün pillələri üzrə təhsil müəssisələri olmalıdır?
Kollec və peşə təhsili müəssisələri yalnız bölgələrdə olmalıdır.
Bakı şəhərində yerləşən ali məktəblərin plan yerləri ciddi şəkildə azalmalı, əvəzində həm bölgələrdə yeni universitetlər açılmalı, mövcud universitetlərin plan yerləri artırılmalıdır.
Həmçinin bölgələrdə filial statusunda olan universitetlər müstəqil Universitet olmalıdır”.