“Azərbaycanın kifayət qədər böyük nüfuza malik olan universiteti gündəmə xoşagəlməz hadisə ilə gəldi”.
“Azərbaycanın kifayət qədər böyük nüfuza malik olan universiteti gündəmə xoşagəlməz hadisə ilə gəldi”.
Bu sözləri TİA.AZ-a Azərbaycan Dillər Universitetində baş verən hadisə münasibət bildirərkən təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, Azərbaycanın 54 ali təhsil müəssisələri arasında xüsusi rola, əhəmiyyətə malik olan, kifayət qədər ciddi kadr potensialının hazırlandığı təhsil ocağıdır:
“Buranın istər tədrisi, istər idarə edilməsi bir çox universitetlərə nümunə ola bilər. Amma son baş verən hadisələr tələbə və universitet rəhbərliyi arasında əlaqələrin xoş olmadığı mənzərəsini yaratdı. Halbuki, Azərbaycan Dilər Universiteti ictimai şuranın fəaliyyət göstərdiyi azsaylı universitetlərdəndir. Universitetin ictimai fəaliyyəti, tələbələr üçün təşkilati məsələlər üzrə geniş imkanlar yaradıldığı ortadadır. Əlbəttə ki, heç də hamı hər şeydən razı qalmır. Baş verən tələbə- rektor dialoqunda iki tərəfin də xoş olmayan şəxslər kimi bir-birini ittiham etməsi hər iki tərəfin günahkar olduğunu göstərir. Birincisi, tələbə dövlət imtahanı ilə bağlı tələbində haqsızdır. Ona görə ki, bu universitetin rektorunun qərarı deyil, Nazirlər Kabinetinin Azərbaycanda fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin qarşısında qoyduğu tələbdir. Bundan başqa, bu ilə qədər həmən ali təhsil müəssisəsində dövlət imtahanının keçrilməməsi bundan sonra da keçrilməməlidir demək deyil. Çünki bu 165 min digər tələbələrə qarşı haqsızlıq olar”.
K. Əsədov deyir ki, Azərbaycan Dillər Universiteti daha çox pedaqoji kadrların hazırlanması ilə məşğul olur ki, bu gün çalışan müəllimin bilik və bacarıqlarının artırılması istiqamətində mühüm addımlar atılır: “Müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanı keçirilir və bu imtahanlar müəllimlərin bilik və bacarıqlarının yaxşı səviyyədə olmadığını göstərdi. Ona görə də, bundan sonra pedaqoji kadrların hazırlanmasını həyata keçirən ali və orta ixtisas təhsili müəssisələrində bu məsləyə xüsusi diqqət yetirilməlidir. Bundan başqa, tələbənin işi, fəaliyyəti təhsil aldığı müddətdə yüksək səviyyədə kadr olmaq istiqamətində olmalıdır ki, bunun üçün də yüksək dərs yükündən narahat olmaq lazım deyil. Dövlət İmtahanı salınmasında heç bir problem yoxdur. Ona görə ki, onlara heç də yeni bir sahə üzrə imtahan keçrilmir. Onlara tədris olunmuş və onların müsbət nəticə əldə etdiyi fənlərdən imtahan olunur. Orda səslənən 700 suala gəlincə isə, bu sual sayı deyil, mövzu sayıdır ki, onlar da hamısı 7-8 kitabda cəmlənib. Sadəcə olaraq, tələbələr çətinlik çəkmək istəmir, rahat yolla diplom almaq istəyirlər”.
Ekspert ADU-nun rektorunun tələbə ilə danışıqda düzgün ifadə və səs tonu seçmədiyini də qeyd edir: “Əfqan Abdullayev uzun müddət ABŞ- da çalışmış, Dillər Universitetində müəllim, dekan olmuş şəxsdir. Onun dekan və müəllim olduğu dövrdə nə qədər müsbət fəaliyyət göstərdiyi hamıya məlumdur. Ola bilsin ki, uyğun olmayan vaxt olub. Yoxsa Əfqan Abdullayev bütün problemlərin tələbənin xeyrinə həll olunmasını istəyən, bunun üçün əməli tədbirlər həyata keçirən insandır”.
İlahə