Təl-Əviv hədəfini açıqladı, İran hələki “vuracam” deyirbackend

Təl Əviv hədəfini açıqladı, İran hələki “vuracam” deyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranla İsrail arasında mövcud gərginlik davam edir. Tribunainfo.az xəbər verir ki, tərəflərin bir birinə hədə-qorxu gəlməsi ilə yanaşı, digər vasitələrə əl atdıqları da getdikcə ortaya çıxır.

Dünən İsrailin yeni müdafiə naziri İsrael Kats bəyan edib ki, “Hizbullah” hərəkatı artıq məğlub olub. “İndi bizim vəzifəmiz bu qələbənin qətiləşdirmək üçün təzyiq göstərməyə davam etməkdir”.

İsrailin yeni XİN başçısı Gideon Saar isə əsas hədəflərindən danışıb. O bəyan edib ki, İranın nüvə silahına sahib olmasına imkan vermək olmaz. “Bölgədə ən mühüm məsələ İranın hərbi nüvə gücünə yiyələnməsinin qarşısını almaqdır”.

İran isə “vuracam” deyib, hələ də təsbeh çevirməklə məşğuldur. Rəsmi Tehran mütəmadi olaraq “Sadiq Vəd 3” planından danşşır və bu dəfə İsrailə daha güclü zərbə endirəcəklərini iddia edir.  Bu prosesdə İranın güvəndiyi 5 əsas qrupdan artıq 2-si sıradan çıxmam üzrədir. Hizbullah və HƏMAS-ın getdikcə zəifləməsi və sıradan çıxması müəyyən qədər görünməyə başlayıb. Suriyadakı İranın proksi təşkilatları da iki gündür İsrailin hədəfindədir. Əvvəlcə Zeynəbiyyun düşərgəsini vuran Təl Əviv aviasiyası, dünən ikinci bir həmləsini edərək Dəməşq yaxınlığındakı daha bir İran düşərgəsinə zərbə endirib.

Yəməndəki Husilər və İraqdakı “Həşdi Şəbi” isə İsraillə müharibədə İrana yetərli dəstək verə bilməyəcək. Həm aralarındakı məsafə uzaqdır, həm də onların istifadə edəcəkləri silahların vurulmasında İsraillə yanaşı, ABŞ-da iştirak edəcək. Yaxın Şərqə göndərilən F-15 briqadası və havadan müdafiə sistemləri də bununla əlaqəlidir.

Kənardan iki ölkə arasında gərginliyin olması açıq müşahidə olunsa da, aktiv müharibənin baş vermədiyi əksəriyyətin fikridir. Lakin İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının keçmiş sədri Heşmətullah Fəlahətpişeh deyir ki, İran və İsrail müharibə astanasındadır. O bildirir ki, yaxın zamanlarda iki ölkə arasında savaş aktiv fazaya keçəcək.