Tribunainfo.az-ın xəbərinə görə, 2.2 milyon insan arasında aparılan araşdırmanın nəticəsinə əsasən, təklik erkən ölüm riskini 14 dəfə tezləşdirir. Son 20 ildə 20 ölkədə aparılan araşdırma aparılıb. Araşdırmada məlum olub ki, təkliyi sevən, sosiallaşmayan, daim tək olmağa çalışan adamlar daha tez xəstələnir, depressiyaya meyilli olur, xəstəliklərində ölüm riski yüksək olur.
Psixoloqları bu araşdırma ilə bağlı bildiriblər ki, insan sosial varlıq olduğu üçün ona ən yaxşı təsir edən şey qurulan gözəl münasibətlərdir. Bu səbəbdən sosiallaşmaq insanı daha uzun ömürlü edir.
Araşdırmanın nəticəsinə əsasən, təklik sevən insanların 25-30 faizi ürək xəstəliklərindən, 30 faizi iflicdən dünyasını dəyişir.
Belə insanlarda immun sistemi aşağı olur, depressivlik müşahidə olunur. Bu da erkən ölümə gətirən ilkin səbəblərdir.