Təkcə Abel Məhərrəmovun oğlu səfir deyil – Tanınmışların səfir qohumları… – SİYAHI

Təkcə Abel Məhərrəmovun oğlu səfir deyil – Tanınmışların səfir qohumları… – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun işdən çıxarılmasının səbəbi, oğlu Anar Məhərrəmovun səfir çalışdığı ölkəyə kontrabanda yolu ilə çaxır aparıb-gətizdirməsi ölkə gündəminin əsas mövzusudur. Anar Məhərrəmovun səfir kimi bundan sonra aqibətinin nə olacağı hələ dəqiq bəlli deyil.
Qeyd edək ki, Abel Məhərrəmovun oğlu Anar Məhərrəmov xeyli müddətdir Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiridir. Ona ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilmişdi.
Bu təyinatadək Abel Məhərrəmovun oğlu Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin rəis müavini vəzifəsində çalışıb. Baş vermiş bu hadisə tanınmışların səfir övladları mövzusunu da gündəmə gətirib.
Onların arasında hazırda səfir olanlar da var, səfir vəzifəsindən geri çağırılanlar da. Yeniavaz.com saytı müxtəlif vaxtlarda KİV-də yayılmış məlumatlara əsasən, onların siyahısını təqdim edir.

– Azərbaycanın Gürcüstandakı səfiri Dursun Ayvaz oğlu Həsənov ləğv olunmuş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin keçmiş sədri, xarici işlər nazirinin müavini Ramiz Həsənovun qardaşıdır. Onun atası Ayvaz Həsənov Gürcüstan SSR dövlət və partiya xadimi, Gürcüstan SSR Ali Sovetinin deputatı olub.

– Azərbaycanın Cənubi Afrika Respublikası, Anqola, Mozambik, Svazilend və Zimbabvedəki Fövqəladə və səlahiyyətli səfiri Elxan Polux oğlu Poluxov Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin keçmiş sədri, xarici işlər nazirinin müavini Ramiz Həsənovun qaynıdır.

–  Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev xal yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin oğludur.

– Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev AzTV-nin sabiq sədri Nizami Xudiyevin oğludur.

– Azərbaycanın Avropa Şurası yanında diplomatik missiyasının rəhbəri Emin Yaqubov Baş Nazirin müavini Yaqub Eyyubovun oğludur.

– Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadə bir sıra Avropa ölkələrində səfir vəzifəsində çalışıb.

– Amaliya Pənahovanın oğlu İlqar Muxtarov Azərbaycan Respublikasının Meksikadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.