backend

TƏKAMÜL YALNIZ İNSANIN MEYMUNDAN ƏMƏLƏ GƏLMƏSİ DEYİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarix boyu insanlar canlıların haradan gəldiyi sualını cavablandırmağa çalışdılar.  

Tarix boyu insanlar canlıların haradan gəldiyi sualını cavablandırmağa çalışdılar. 



Bunu mistisizmlə izah etdilər amma elm irəlilədikcə bunun mistik bir şey olmadığı ortaya çıxdı: Bu TƏKAMÜL idi. Çarlz Darvinin 1859-ci ildə nümayiş etdirdiyi “Növlərin Mənşəyi”kitabı insanlıq tarixində yeni bir inqılab oldu! O zamandan bəri müzakirəedilən bu qayda bu gün elm dünyasında müzakirə edilmir; çünki doğru olduğutəsdiq edilmişdir!

 

 Təkamül yalnız insanın meymundan gəlməsi idi? O zaman indiki meymunlar niyə insanolmurdu? Bənzəri suallarla çox qarşılaşırıq çünki təkamülü kütləyə doğru izah etməyənlər kifayət qədərdi. Təkamül, bütün canlı növlərinin universal ortaq bir atadan gəldiyini və zamanla planetə yayılaraq, o mühitə uyğunlaşmasını təmin etmələri nəticəsində inkişafını araşdıran elm sahəsidir.

 

 Qısaca: bundan təxminən 3.5 milyard il əvvəlcanlılıq suda başladı. Karbon, hidrogen, oksigen və azotun birləşməsinəticəsində tək hüceyrəli oksigensiz tənəffüs edən bir bakteriya meydana gəlmişdir. Hidrogen oksigen onsuz da suyun quruluşunda var. Karbon qayalardan azot isə şimşəklər tərəfindən ortaya çıxdı. Bu hadisənin təcrübəsi 1953-ci ildə Stenly Miller tərəfindən edilmişdir. 3.5 milyard il əvvəlki mühit yaradılır şimşək yerinə elektirk şoku verilmiş və suyun içində zülalların meydana gəldiyi müşahidə edilmişdir.

 

Bakteriyalar çoxalmağa başlamış, yayılmış və təxminən 2.5 milyard il əvvəl çox əhəmiyyətli bir hadisə reallaşmışdı: “Eukaryot Hüceyrə “meydana gəlmişdir. Eukaryot və ya nüvəli hüceyrələr inkişaf etmişdir. Bu hadisə “Endosimbiyoz qaydası” olaraq tanınır. Bu vəziyyətin nəticəsində növsayı gedərək artmışdır. Zamanla sahilə yaxın olanlar quruya çıxmağa başlayır. Əlbətta bu hadisə on milyonlarla il içində baş vermişdi. Quruya çıxan canlılar qitələrin sürüşməsi, öz aralarındakı rəqabət və s. səbəblərdən ötəri təkamül keçirmiş beləcə fərqli canlılar meydana gəlmişdir. Milyonlarla il sonra primatlardan ayrılan bir qrup insanların ilk atalarını meydana gətirmişdir. Australopithecus-homo- habilis-homo erectus-neandretal-homo sapiens bu təkamül müddətinin sonunda insan olmuşdur. 

Ausralopithecus, insanlar ilə quyruqsuz meymun növlərinin ortaqatasıdır. Burada növlərin ayrılması nəticəsi yuxarıda qeyd etdiyim müddəttə başvermiş və insan meydana gəlmişdir. Ayrılmanın digər qismindən isə meymunlarmeydana gəlmişdir. Demək ki, təkamül deyildiyi zaman dərhal insan meymundanyaranmışdır şüarı kənara atılmalıdır. Bütün canlıların meydana gəlməsindəndanışıldığı zaman, insanın meymundan deyil meymunlar ilə ortaq atadan gəldiyibilinməlidir.

 

Yaxşı bəs təkamülə inanmaq və ya inanmamaq bizə nə kimi bir fayda təmin edəcək?

1969-ci ilə qədər təkamül nəzəriyyəsinin izah olunması Amerikada qadağan idi. Bu qadağa ortadan götürüldükdən sonra Amerikada sürətli bir inkişafyaşanmışdır. Avropa ölkələrində də eyni vəziyyət baş vermişdir çünki elm vəsivilizasiya ancaq xurafatlardan təmizləndiyi zaman irəliyə doğru inkişaf edə bilər. Ölkəmizdə nə zaman bu vəziyyət qəbul edilsə və məktəblərimiz də doğru vədürüst tədris olunmağa başlansa, o zaman ölkəmiz elm inkişaf etmə müddətinə girəcək.

Taryel Abdullayev