Aparılan araşdırma zamanı məlum olub ki, yüksək səviyyəli təhsil alan savadlı insanların Alzeymer xəstəliyi risqi olduqca aşağıdır.
Tribunainfo.az xəbər verir ki, araşdrma zamanı həmçinin o da məum olub ki, olduqca qarışıq bir iş və ya peşəyə sahib insanlarda da bu xəstəliyə tutulma ehtimalları azdır.
Mütəxəssislərin fikrincə, yaşlı insanların sayı artdıqca bu xəstəlik daşıyıcıları da zamanla artacaq. Ancaq çox oxumaq, beynin daim işləməsi bu xəstəlik riskini azaldır. Məktəb, universitetdən sonra alınan əlavə təhsillər beyinin mübaruzə gücünü artırır. Bu səbəbdən Alzeymer xəstəliyi uzun müddət təhsil almış, savadlı insanların beyninə çox da təsir edə bilmir. Hətta beyində bu xəstəliyin ocağı yaransa belə, beyin o xəstəliyi geri itələməyi bacarır.
Mütəxəssislərin sözlərinə görə, az təhsilli yaşlıların Alzeymer olma ehtimalı daha yüksəkdir.