Deməli, ikinci dəfə də şans verilir ki, gəl sertifikasiyada iştirak elə görək ixtisasınla bağlı nə bilirsən? Bu da nəticə. 8 iyunda keçirilmiş təkrar sertifikasiyada 3424 ibtidai sinif müəllimi, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi müvafiq keçid balını, yəni 30 balı toplaya bilməyib.
Tribunainfo.az yazır ki, təhsil üzrə ekspert Elçin Əfəndi müəllimlərin bu nəticəsini biabırçılıq adlandırıb. O bildirib ki, kəsilən müəllimlər başqa yollara əl atmağa çalışır:
“Dünəndən də zəng-zəng dalınca ki, Elçin müəllim, nə etmək olar? Deyirəm, heç nə. Apellyasiyaya müraciət edin. Bir tərəfdən də əsəbimdən bitəhərəm. Deməli, millətin balasına dərs verməyə çalışanlar görün hansı üsullara əl atmağa cəhd edirlər”.
Nigar