backend

Təhsil sistemində YENİLİK: Keyfiyyət, yoxsa kəmiyyət?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ali və orta ixtisas təhsili müəsisələrinə ödənişli əsaslarla qəbul planı ləğv olunub. Bundan başqa, qəbul qaydalarının müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətlər hazırda TQDK-nın funksiyasını yerinə yetirən Dövlət İmtahan Mərkəzinə deyil, Nazirlər Kabinetinə verilib. Həmçinin Nazirlər Kabineti ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlərin nəzərə alınması və ali təhsil müəssisələrinin magistraturalarına bakalavrların və digər ali təhsilli şəxslərin qəbulu qaydalarını hazırlayacaq. 

Azərbaycanda ali və orta ixtisas təhsili müəsisələrinə ödənişli əsaslarla qəbul planı ləğv olunub. Bundan başqa, qəbul qaydalarının müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətlər hazırda TQDK-nın funksiyasını yerinə yetirən Dövlət İmtahan Mərkəzinə deyil, Nazirlər Kabinetinə verilib. Həmçinin Nazirlər Kabineti ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlərin nəzərə alınması və ali təhsil müəssisələrinin magistraturalarına bakalavrların və digər ali təhsilli şəxslərin qəbulu qaydalarını hazırlayacaq.


Qəbul qaydalarının necə olacağı, nə vaxtda tətbiq ediləcəyi hələ ki, bəlli deyil. Lakin bu dəyişikliklər ali və orta ixtisas təhsili müəssisələrinə hazırlaşanların narahatlığına səbəb olub. Son dəyişiklikləri Publika.az-a şərh edən təhsil eksperti Etibar Əliyev bu qərarın keyfiyyətdən çox kəmiyyətə hesablanmış məsələ olduğunu deyir: “Bundan sonra ödənişli təhsil qalacaq, lakin plan yeri olmayacaq. Ali məktəblərdə dövlətin müəyyən sifarişli yerlərinə qəbul olunanlar pulsuz oxuyacaq, qalanları isə öz hesablarına təhsil alacaq. Ödənişli yerlərə tələbə qəbulu isə ali məktəblərin maddi-texniki bazasından, müəllim-professor heyətindən asılı olacaq. Burada tələbənin qarşısında yeganə mane təhsil haqqı olacaq. Ona görə də dövlət sifarişli yerlərin sayı artırılmalıdır. Qəbul planının ləğv edilməsi qlobal anlamda Azərbaycanda hər min nəfərə düşən tələbə sayını artırmağa hesablanıb. Çünki hazırda istər MDB, istərsə də digər dövlətlərlə müqayisədə bu say azdır. Lokal mənada isə ali məktəblərdə yerlərin boş qalmamasına xidmət edir. Ötən il özəl ali məktəblərin bir çoxunda yerlərin sayı 30 faiz belə dolmadı. Plan yeri olduğu halda, yerlər dolmur. Lakin planı götürdükdən sonra yerlərin dolacağı da sual altındadır. İndi təhsil daha çox maddiləşib. Ola bilər ki, hətta gələcəkdə dövlət ali məktəblərin ödənişli yerlərinə düşüb təhsildən imtina edənlərin də sayı çoxalsın. Çıxış yolu plan yerlərini ləğv etmək deyil, keyfiyyəti artırıb, təhsil haqqını aşağı salmaqdır. Düşünürəm ki, plan yerlərinin ləğv edilməsi kəmiyyət artımına təsir göstərməyəcək”.

Ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlərin nəzərə alınması ilə bağlı hazırlanacaq qaydalarda ekspert ciddi ölçüb-biçməyə ehtiyac olduğunu deyib: “Bu maddədə ali məktəblərə qəbul prosesində orta məktəb qiymətlərinin nəzərə alınması nəzərdə tutulub. Məktəblərdə qiymət şişirdilmələrinin olmasını nəzərə alaraq bu məsələ ilə bağlı qaydalara ciddi yanaşılmalıdır. Çünki buraxılış imtahanları 2-3 fənni əhatə edir. Digər fənlərdə qiymətləndirmə məktəblərin üzərinə düşür. Bu siyasət elə qurulmalıdır ki, orta məktəblərdə qiymət saxtakarlığına yol verilməsin. Bu vaxta qədər imtahanlarda məhz orta məktəb qiymətlərinin nəzərə alınmaması üstün keyfiyyət idi. Olimpiada qiymətlərini nəzərə almaq olar. Bu addım atılarkən məhz qiymət şişirdilməsi nəzərə alınmalıdır”.

Qəbul qaydalarının Dövlət İmtahan Mərkəzi yox, Nazirlər Kabineti tərəfindən müəyyən edilməsini şərh edən ekspert bunun elə də ciddi bir dəyişikliyə səbəb olmayacağını düşünür: “Çünki bu vaxta qədər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu işi yaxşı təşkil edirdi, Dövlət İmtahan Mərkəzinin nizamnaməsində də bu proses ona həvalə edilmişdi. Hesab edirəm ki, qəbul qaydalarını hazırlamaq Nazirlər Kabinetinə həvalə edilsə də, bu vaxta qədər mövcud qaydalara ciddi bir dəyişiklik edilməyəcək”.