Təhsil Nazirliyinin tendderləri davam edir. Tribunainfo.az xəbər verir ki, nazirlik yeni ilin ikinci ayında artıq milyonluq daha bir tenderə imza atıb.
Belə ki, Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi nazirliyinin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2025-ci il ərzində yeməklə təchizatı xidmətinin satınalınamasını həyata keçirəcək. Bununla əlaqədar “TAİS İKF” MMC ilə 9.934.931,61 manatlıq satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, «TAİS İKF» MMC şirkəti 1994-cü ildə yaradılıb, şirkətin qeydiyyatı barədə sonuncu çıxarış 2017-ci ildə verilib. Şirkətin hüquqi ünvanı Baki şəhəri Nərimanov rayonu, Ələsgər Qaibov, ev 5-də yerləşir. Nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Rəfail Məmməd oğlu Şirinovdur.
Təhsil Nazirliyinin tenderini udan “TAİS İKF” MMC ilə bağlı Tribunainfo.az olaraq apardığımız kiçik bir araşdırmas nəticəsində məlum olub ki, nazirliklə şirkət heç də bir birinə yabançı olmayıblar. Belə ki, sözügedən şirkət təkcə 2019-2023-cü illərdə nəinki TN-dən, hətta digər qurumlardan da 43 milyon manatlıq yemək tenderi qazanıb.
Məsələn, Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti və Təchizat İdarəsi Bakı şəhərinin 2 rayonunda (Səbail və Nizami) və Gəncə şəhərindəki məktəbə qədər təhsil müəssisələrinin yeməklə təminatına dair 12,7 milyon manatlıq «TAİS İKF» MMC ilə müavilə bağlayıb.
Bundan başqa, Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat Idarəsinin Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisəsində dövlət təminatında olan təhsilalanların 2022-ci ilin sentyabr-dekabr ayları ərzində yeməklə təchizatı 6 milyon 616 min 245 manata başa gəlib. Həmçinin Təhsil Nazirliyi tabeliyində olan təhsil müəssisələrində mövcud qanunvericiliyə uyğun dövlət təminatındakı təhsilalanların 2020-ci ilin may-dekabr ayları ərzində yeməklə təchizatı ilə bağlı xidmətlərinin satın alınması 9 milyon 073 min 036 manata başa gəlib.
Nazirliyin sözügedən şirkətlə ilk anlaşması isə 2019-cu ilə təsadüf edir. Həmin vaxt Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisələrində mövcud qanunvericiliyə uyğun dövlət təminatındakı təhsilalanların 2019-cu ilin may-dekabr ayları ərzində yeməklə təminatı işlərinə görə, 9 milyon 028 min 650 manatlıq satınalma müqaviləsi imzalanıb.