“Artıq iki gündür ki, bir çox media orqanlarında diaqnostik qiymətləndirmədə sıfır bal toplayan müəllimlər haqqında qeyd və şərhlərə rast gəlinir. “Artıq iki gündür ki, bir çox media orqanlarında diaqnostik qiymətləndirmədə sıfır bal toplayan müəllimlər haqqında qeyd və şərhlərə rast gəlinir.
Əsas istinadı hansısa “facebook” postu olan bu “məlumatların” təəssüf edirik ki, heç bir rəsmi istinad mənbəyi yoxdur, deməli, bu, həm də həqiqəti əks etdirmir”.
TİA.AZ xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.O, Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı rayonlarında müəllimlərin 80%-nin yuxarı nəticə göstərdiyini deyib.“2016-cı ilin son iki ayı ərzində ölkənin 26 bölgəsində 35 mindən artıq müəllim diaqnostik qiymətləndirməyə cəlb olunub. Diaqnostik qiymətləndirmənin sonuncu mərhələsi Azərbaycanın cənub bölgəsinin müəllimlərini əhatə edib. Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı rayonlarının 7163 müəllimindən 1152 nəfəri 80 %-dən yuxarı nəticə qazanıb. Bu müəllimlər arasında 0 bal alan yoxdur.
Eyni zamanda bu il diaqnostik qiymətləndirmədə iştirak edən 35 min müəllimdən heç birinin nəticəsi sıfır bal olmayıb”.