Təhsil Nazirliyi kanalizasiya şirkətinə məktəblərin təmirini tapşırıb

Təhsil Nazirliyi kanalizasiya şirkətinə məktəblərin təmirini tapşırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və Təhsil Nazirliyi daha bir tenderin nəticələrini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, nazirliyin tabeliyindəki Təsərrüfat hesablı Əsasalı Tikinti və Təchizat İdarəsi növbəti milyonluq layihəyə start verib.

Rəsmi qaynaqlarda qeyd edilir ki, ETM Respublikanın bir sıra təhsil müəssisələrində kommunal-kommunikasiya və təmir işlərini həyata keçirəcək. Bunun üçün “BAKIMEXANİZASİYANƏQLİYYAT” ASC ilə satınalma müqaviləsi imzalanıb. Nazirlik tenderin qalibi olan şirkətə görülən işlərin müqabilində 7 milyon 671 min 106 manat pul ödəyəcək.

Qeyd edək ki, açıq mənbələrdə bu şirkətlə bağlı geniş məlumat yoxdur. Yalnız bir-iki tenderdə iştirakına dair məlumatlar mövcuddur. Bəlli olan isə odur ki, “Bakımexanizasiyanəqliyyat” ASC nəqliyyat, kanalizasiya və su xətlərinin inşası şirkətidir. Onun tikinti sektorunda iştirakı isə olduqca qəribədir.

Fərda Uğur