Təhsil Nazirliyi indi ayılıb: Bir neçə məktəbdə təmirə başlanılır

Təhsil Nazirliyi indi ayılıb: Bir neçə məktəbdə təmirə başlanılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Elm və Təhsil Nazirliyi növbəti milyonluq tenderə imza atıb. Tribunainfo.az xəbər verir ki, qurumun Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bir sıra məktəblərdə təmir işləri həyata keçirəcək.

Belə ki, bu proses bir sıra məktəbəqədər və ümumtəhsil müəssisələrini, habelə kommunal-kommunikasiya və abadlıq işlərini əhatə edəcək. İdarə bununla əlaqədar “ELİTE CONSTRUCTİON” MMC illə razılaşma əldə edib. Tender udan şirkətə isə 8 milyon 685 min 354 manat ödəniləcək.

Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı bəlli olub ki, “ELİTE CONSTRUCTİON” şirkəti son bir ildə cəmi 6 tendderin qalibi olub. Bu tenderlərdən üçü bilavasitə Təhsil Nazirliyinə məxsusdur. Belə ki, ötən ilin dekabrında bir sıra təhsil müəssisələrinin təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin satınalınması prosesinin qalibi olan MMC bunun müqabilində nazirliklə 2 milyon 648 min 775 manatlıq müqavilə imzalayıb.

Ötən ilin oktyabrında isə şirkət Elm və Təhsil Nazirliyi ilə daha bir müqavilə bağlayıb. Respublika üzrə təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin görülməsi üçün nəzərədə tutulan tenderə əsasən “ELİTE CONSTRUCTİON” 2 milyon 527 min 98 manat pul alıb.

Xatırladaq ki, “Elite Construction” MMC 2 noyabr 2015-ci ildə dövlət qeydiyyatına alınıb və 3 min 50 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Ramiz Quliyev Məhəmməd oğludur. Hüquqi ünvanı AZ5921, TƏRTƏR RAYONU, QARADAĞLI kəndidir.

P.S. Maraqlıdır, Təhsil Nazirliyi tədris ili başlayandan sonra niyə təmirə start verir? Üç ay yay tətili boyu nə işlə məşğul idilər?

Fərda Uğur