“Silahla fotosu yayılan direktora yeni vəzifə verildi
“Silahla fotosu yayılan direktora yeni vəzifə verildi
Bir müddət əvvəl silahlı fotosu ilə gündəmə gələn xanım direktor yeni məktəbə təyinat alıb.
Tia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazir Mikayıl Cabbarovun əmri ilə oktyabrın 25-də Şıxlinskaya Kəmalə Məcid qızı Binəqədi rayonu 179 saylı orta məktəbin direktoru vəzifəsindən çıxarılaraq Xətai rayonu 59 saylı məktəbin rəhbərliyinə gətirilib.
Qeyd edək ki, gənc direktor 17 mart, 1981-ci ildə anadan olub. 2002-ci ildə Azərbaycan Dillər Universitetini bitirib. Xanım direktor ötən il medianın gündəminə məhz silahla çəkdirdiyi fotolarla düşmüşdü. O isə açıqlamasında sözügedən şəkillərin Londonda çəkildiyini qeyd etmişdi.
Xatırladaq ki, Kəmalə Şıxlinskaya Şəmkir rayon təhsil şöbəsinin müdiri Məcid Şıxliniskinin qızıdır.