TƏHSİL EKSPERTLƏRİ: “DİM-DƏN TEST HAZIRLAMAQ SƏLAHİYYƏTİ ALINSIN”backend

TƏHSİL EKSPERTLƏRİ: “DİM-DƏN TEST HAZIRLAMAQ SƏLAHİYYƏTİ ALINSIN”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi rəhbərliyi heç kəsi saymır. Nə şagird və onun gələcəyi, nə valideyn, nə müəllim, nə də Elm və Təhsil Nazirliyi onlar üçün maraqlı deyil.

Tribunainfo.az xəbər verir ki, bu sözləri təhsil eksperti Arif Gürşadlı dünən keçirilən qəbul imtahanı ilə bağlı deyib. O qeyd edib ki, Elm və Təhsil Nazirliyi mütləq şəkildə şagirdlərin müdafiəsinə qalxmalıdır:

“Nə vaxta qədər DİM və Elm və Təhsil Nazirliyi arasındakı qeyri-müəyyənliyin cəzasını abituriyentlər çəkəcəklər?”.

Təhsil eksperti Elşən Qafarov isə bildirib ki, DİM-dən test hazırlamaq səlahiyyəti alınmalıdır:

“İllərdir bunu təklif edirik. DİM imtahanları keçirdən texniki qruma çevrilsin və Azərbaycan gəncinin talehi ilə oynamaq imkanı əlindən alınsın”.