Bu gün məktəblilər yeni tədris ilinə qədəm qoydu. Qarşıda şagird və tələbələrlə yanaşı müəllimləri də məsuliyyətli 9 ay gözləyir. Təhsil ekaperti Kamran Əsədov yeni tədris ili ilə bağlı təhsilin çiyinləri üzərində olduğu müəllimlərə müəyyən tövsiyələr verib.
Tribunainfo.az ekspertin müəllimlər üçün hazırladığı tövsiyələri təqdim edir:
-Şagirdlərə ilham verin:
Hər bir uşağın öz potensialını kəşf etməsinə kömək edin. Maraqlı dərslər və yaradıcı təlim metodları ilə şagirdlərin motivasiyasını yüksəltmək vacibdir.
-Müasir yanaşmaları mənimsəyin:
Texnologiyalar və yeni tədris metodlarını dərslərə inteqrasiya edin. İnteraktiv və rəqəmsal vasitələrdən istifadə şagirdlərin marağını artırır və tədris prosesini asanlaşdırır.
-Empati göstərin:
Şagirdlərin fərdi ehtiyaclarına və çətinliklərinə həssas yanaşın. Hər kəsin öyrənmə sürəti və üslubu fərqlidir.
-Özünüzü inkişaf etdirin:
Müəllim də daim öyrənməlidir. Yeni tədris üsulları, araşdırmalar və peşəkar inkişaf imkanlarından yararlanmaq təhsil keyfiyyətini artırır.
Nigar