Təhsil ekspertindən Fazil Mustafaya cavab: “Kresloda oturmaqla olmur bu işlər”

Təhsil ekspertindən Fazil Mustafaya cavab: “Kresloda oturmaqla olmur bu işlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil üzrə ekspert Elçin Əfəndiyev millət vəkili Fazil Mustafanın qızların erkən nikahdan yayınması üçün qızlar kolleci yaradılması ilə bağlı təklifini tənqid edib.

Tribunainfo.az xəbər verir ki, ekspert deputatın fikirlərini absurd və populist təklif kimi qiymətləndirib:

“Biri təklif verib ki, gəlin qızları erkən nikaha cəlb etməyin qarşısını almaq üçün qızlar kolleci yaradaq. Bu nə absurd, nə populist təklifdir belə? Allah köməyi olmuş, o boyda Bakı Qızlar Universiteti var. 90% qız sadəcə kənarda qalmamaq üçün oranı seçir. İndi qızlar kolleci yaratmaqla guya o kollecin plan yerini doldura biləcəksiniz və ya bununla erkən nikahın qarşısını almaq olacaq?”.

E.Əfəndiyev isə başqa təkliflə millət vəkilinə müraciət edib:
“Belə təklif verincə gəl, mən deyən təklifi ver: Yaradılacaq olan kollecə ən azı 5-10 milyon manat vəsait lazım olacaq. Həmin o vəsaiti “Tələbə Qızlar Fondu” yaradaraq ora yatırmaq sonra isə həmin fonddan tələbə qızlara təqaüd vermək, illik təhsil haqlarına dəstək olmaq olar. Eyni zamanda təhlillər apararaq hansı bölgədə ki, valideynlər qız uşaqlarının oxumasına qarşıdır, erkən nikaha cəlb məsələsi var, məhz o bölgələrdə maarifləndirmə, təbliğat işləri görmək olar.
Əvəzimizə oturub kresloda utopik fikirlər səsləndirməklə olmur bu işlər”.

Nigar