TƏHSİL EKSPERTİ NAZİRLİYİ “YIXIB-SÜRÜDÜ” – SƏBƏBLƏRbackend

TƏHSİL EKSPERTİ NAZİRLİYİ “YIXIB-SÜRÜDÜ” – SƏBƏBLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Buraxılış imtahanının ilkin mərhələsi üçün nəzərdə tutulan ikinci imtahanın yekunlaşmasıyla narazılıq və etirazlar da artıb. İmtahanlarda qoyulan sulların səhv olması, düzgün cavabların olmaması böyük narazılıq yaradıb. Abituriyentlərlə yanaşı müəllimlər və həmçinin təhsil ekspertlərinin də qəbul imtahanlarında çox böyük nöqsanlara yol verilməsi ilə bağlı dediklərinin diqqətə alınmaması narazılığı daha da artırıb.

Tribunainfo.az xəbər verir ki, mövzunu şərh edən təhsil eksperti Kamran Əsədov bildirib ki, bu qədər vacib imtahana Elm və Təhsil Nazirliyinin reaksiyası hiss olunmur:

“Buraxılış imtahanları ölkədə miqyasına və əhatə dairəsinə görə ən böyük imtahandır. Ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün həlledici əhəmiyyət kəsb edir.
Ölkənin 150 min orta məktəb müəllimi bu quruma tabedir. Ali təhsil müəssisələrində, AMEA-da və digər tədris-metodik mərkəzlərdə yüz minlərlə mütəxəssisi var. Amma özünü yox bir qurum kimi göstərir.

Hələ AGMA adlı hər sezon 200 min manat pulu bəxşiş verdiyi, qondarma olimpiyada keçirən təşkilatın “savadlı” üzvlərinin Buraxılış imtahanında istifadə olunan test tapşırıqlarına münasibətini, reaksiyasını görmürəm.

İşləri ancaq trolluq, ancaq yaltaqlıqdan ibarətdir. Normalda təhsilə, imtahanlara obyektiv qiymət verən təşkilatlanma olmalıdır”.

K.Əsədov bildirib ki, normalda Elm və Təhsil Nazirliyi hər imtahan sonrası mütəxəssislərini yığıb onun keçirmədiyi, amma ona tabe yüz minlərlə şagirdin həyatı, gələcəyi üçün əhəmiyyət kəsb edən imtahanı, imtahan suallarını təhlil etməli, mövqe nümayiş etdirməlidir”.

İmtahan sualları ilə bağlı artıq bir neçə valideyn apellyasiya komissiyasına müraciət edəcəyini də deyib. Övladı imtahanda iştirak edən valideyn Fəridə Rüstəmova bildirib ki, verilən misalın düzgün cavabı yoxdur:

“Bu sual səhvdir. Hər şeyi düsturla (a²+b²+c²=d²) həll edəndə cavab 7 alınır. Amma parallelepipedin diaqonalı 7 olsa, tilin biri 0 olacaq. Bu isə mümkün deyil. Tilin uzunluğu 0-dan böyük olmalıdır.

Düzgün cavab: “Belə bir fiqur mövcud deyil” olmalıdır. Amma bizdən onun olub-olmadığını deyil, həllini istəyirlər…

Uşaq dünəndən yatmayıb. Bir sualın qoyuluşunun səhv olduğunu deyir.

Cəhənnəmə olsun bunların təhsili də. Uşağımın əsəbləri pozuldu. Mən idi başa düşdüm ki, ölkədə insanların ömrü niyə gödəkdir. Hamı bir-birinin dərdini, problemini çəkə-çəkə qum dənəsi kimi hissə -hissə parçalanır, ovulub tökülür”.