Təhsil eksperti kitabların ağırlığından danışdıbackend

Təhsil eksperti kitabların ağırlığından danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyi dərsliklərin həcmini nə qədər yüngülləşdirsə də valideynlər kitabların ağırlığından şikayətlənir. Kitabların vərəqlərini taxılıb-sökülən etsələr, şagirdlər gündəlik dərs vərəqləri aparsalar, yaxud nazirliyin səhifəsində elektron dərs vəsaitləri var onu planşetə yükləyib aparsalar bu təklifi reallaşdırmaq mümkün olarmı?

Məsələ ilə bağlı Tribunainfo.az-a öz təkliflərini verən təhsil eksperti İlqar Orucov bildirib ki, təhsilin məzmunu, proqram məzmunu ümumilikdə təhsilin siyasətində çox vacib elementlərdən biridir. Elm və Təhsil Nazirliyi dərsliklərin yenilənməsi, müasirləşməsi eyni zamanda dərsliklərin məzmununun yenilənməsi istiqamətində hesab edirəm ki, çox ciddi işlər görür və yeni yanaşmalar ortaya qoyur. Nazirlik dərsliklərin hətta ictimai müzakirəsini də təşkil edir. Amma maraqlı cəhət ondan ibarətdir ki, mən dəfələrlə müşahidə etmişəm dərsliklər ictimai müzakirəyə çıxarılır, çap olunmazdan öncə onun elektron variantı nazirliyin elektron resurslarında yerləşdirilir və maraqlı odur ki, bu həm də valideynlərin, müəllimlərin, təhsil ekspertlərinin bu prosesdə münasibətini öyrənmək və onların fikir və istklərinin nəzərə alınması məqsədi daşıyır. Hesab edirəm bu çox vacibdir.

Ekspertin sözlərinə görə, bu dərsliklər elektron formada ictimai müzakirəyə çıxarıldıqdan sonra çap olunur. Qeyd etdiyim tərəflər bu prosesdə çox passiv iştirak edirlər. Dərslik çap olunduqdan sonra artıq mülahizələr, fikirlər, narazılıqlar və s. ortaya çıxır.

“Mən əlbəttə, hesab edirəm ki, dərsliklərlə bağlı kifayət qədər diqqətli olmalıyıq. Həm də bu həssas bir məsələdir. Dərsliklərin ağırlığı zaman-zaman müzakirə mövzusu olubdur. Düşünürəm ki, dərsliklərdə bəlkə də heç istədiyimiz formada deyil, amma bu məsələ açıq olduğu zaman yəni dərsliklər çapa getməmişdən öncə yaxşı olar ki, ictimai müzakirəsində hamı iştirak etsin. Əlbəttə Azərbaycanda dərslik hazırlayan müəlliflər kifayət qədər azdır. Həm də bu peşəkarlığın artırılması istiqamətində düşünməliyik. Dərslik yazmaq heç də asan deyil. Dərslik müəllifləri bütövlükdə həmin fənnlə bağlı kifayət qədər bacarıqlara, biliklərə malik olmalıdır. Eyni zamanda onların pedoqoji bilikləri kifayət qədər yerində olmalıdır. Çünki dərsliyin hədəfləndiyi qrup şagirdlərdir. Onlar inkişaf etməkdə olan nəsildir. Əgər hansısa bir çətinlik varsa şagirdlərin psixikasına ciddi şəkildə təsir göstərir. Dərsliklərin çəkisinin ağır olması, məzmun baxımından çətin olması təbii ki, yolverilməzdir. Dərslik hazırlanarkən bütün bu məqamlar nəzərə alınmalıdır. Dərlik uşağın başa düşəcəyi bir dildə həm də pedoqoji yanaşmalar ortaya qoyularaq hazırlanması çox vacibdir.

Qeyd etdiyiniz elektron, planşet və sökülə bilən vərəqlər də hər zaman müzakirə olunub. Hətta bunabənzər fərqli təkliflər olunub. İbtidai sinif şagirdlərinin dərslikləri həqiqətən də o qədər ağır olur ki, uşaq çantanı belində daşıyıb apararkən onda həm də fizioloji baxımdan uşaq kifayət qədər təsirlərə məruz qalır. Uşağın fiziki inkişafına mane olur. Bu baxımdan hesab edirəm ki, mövzu barədə düşünmək lazımdır.
Dərslik kiab variantında olsa daha yaxşı olar. Çünki planşetin özünün də sağlamlığa nə qədər zərərləri var. Alternativ vasitə kimi mümkündür. Amma çıxış yolu deyil. Kitabın yerini heç bir vasitə verə bilməz. Ona görə də kitabları mümkün qədər yüngül hazırlamaq üzərində düşünmək olar”.

Dəniz Pənahova