İranda mövcud olan və uzun zamandır Azərbaycan əleyhinə fəaliyyət göstərən Anti-Azərbaycan qrupunun üzvü Əhməd Kazimi yenə sərsəmləmələr edib.
Tribunainfo.az xəbər verir ki, o, heç bir əsası olmayan və hətta İran dövləti tərəfindən təkzib edilmiş məsələləri yenidən səsləndirib.
O iddia edib ki, guya, 12 günlük müharibədə İsrail Azərbaycan ərazilərindən istifadə edib. Kazimi bununla yetinməyərək, daha bir böhtan atıb. O, Azərbaycanın hazırda guya, PUA-ları Xəzərdən Zəngilana qədər ərazilərdəki aeroportlara yerləşdirdiyini sərsəmləyib.
Bu sarsaq hətta Bakının “planları”nı da “bilirmiş”. O yazıb ki, 12 günlük müharibədə Azərbaycan Ordusu guya, İranla sərhəddə yerləşdirilib. “Azərbaycan bununla separatçı addımlar atmaq istəyirmiş. İranın şimal ərazilərinə kürd döyüşçüləri, Boz Qurd qrupları və Suriyadan gətirilmiş muzdlular hücum edəcəkdilər”.
Kazimi Zəngəzur dəhlizini İrana hücum üçün platforma olduğunu da deyib. Bundan başqa, o, İranın hava məkanını izləmək üçün Qəbələ RLS-dən istifadə edildiyini də bildirib. Lakin bu zavallı hələ də qanmır ki, Qəbələ RLS işləmir, ruslar oradan çıxdıqdan sonra yalnız boş bina qalıb. Hətta bir qədər əvvəl rəsmi Bakı RLS ərazisinin yerli vətəndaşlara satılması ilə bağlı təkliflə də çıxış etmişdi.
Sözügedən iranlı sarsaq yekunda Azərbaycana qarşı BMT Nizamnaməsinin 51-ci maddəsinin tətbiqi məsələsini “vacib” hesab edib. “İndi ölkənin müdafiə və çəkindirmə potensialını gücləndirmək üçün unikal fürsət yaranıb. Belə ki, bu bəlaya cavab vermək BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq İranın qanuni haqqıdır”.
P.S. BMT Nizamnaməsinin 51-ci maddəsində deyilir: “Hər hansı dövlətə silahlı hücum, təcavüz olunarsa, Təhlükəsizlik Şurası beynəlxalq sülhün, təhlükəsizliyin qorunması üçün tədbirlər görənə qədər hər bir dövlətin ayrılmaz özünümüdafiə hüququ var”.
Maraqlıdır, İrana hansı ölkə hücum edib? Ümumiyyətlə, İran ərazisi ilə bağlı hansı problem var? Bu adamlar sadəcə, Azərbaycana bir şəkildə təcavüz etmək üçün min bir bəhanə axtarırlar. Lakin bir şeyi unudurlar, biz onların düşündüyü kimi, asan yeyiləcək loxma deyilik.
Fərda Uğur