Tehrandan SON DƏQİQƏ: “Hizbullah”ın yeni lideri ilə işləyəcəyikbackend

Tehrandan SON DƏQİQƏ: “Hizbullah”ın yeni lideri ilə işləyəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehran Livanın “Hizbullah” hərəkatının, lideri Həsən Nəsrullahın ölümünə baxmayaraq, əsas məsələlərə yanaşmasını dəyişməyəcəyinə əmindir.

Tribunainfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib
“Həsən Nəsrullah tərəfindən müəyyən edilmiş hərəkət istiqaməti dəyişməyəcək. Onun qarşıya qoyduğu vəzifələr yerinə yetiriləcək”, – o bildirib.

Xatırladaq ki, daha əvvəl İsrail Müdafiə Ordusu Nəsrullahın ölümü ilə bağlı məlumat yayıb. Daha sonra təşkilat, lideri Həsən Nəsrullahın ölümünü təsdiqləyib.